66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsə 17 il cəza verildi

Hazırda oxunan: 66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsə 17 il cəza verildi

210846

Xaçmazda əmisi arvadının qətlində təqsirləndirilən Tofiq Nofəl oğlu Balacayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, Tofiq Balacayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin mart ayında Xaçmaz rayonunun Yergüc kəndində kənd sakini Səfurə Əlişah qızı Balacayeva qətlə yetirilib.

Onun qaynı oğlu, 27 yaşlı Tofiq Nofəl oğlu Balacayev tərəfindən qətlə yetirildiyinə şübhələr müəyyən olunub. Həmin şəxs saxlanılıb.

O, istintaqa verdiyi ifadəsində törədiyi cinayəti etiraf edib.

Tofiq Balacayevin 66 yaşlı əmisi arvadı Səfurə Balacayevanın başına ağacla çoxsaylı zərbələr vurub öldürdüyü məlum olub.

Onun barəsində Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin