Qarabağ Universitetində çalışmaq istəyərəm - Yaponiyada yaşayan azərbaycanlı professor

Hazırda oxunan: Qarabağ Universitetində çalışmaq istəyərəm - Yaponiyada yaşayan azərbaycanlı professor

210815

"Sabah biz Xankəndiyə, Qarabağ Universitetinə gedəcəyik, oradakı vəziyyətlə tanış olacağıq. Əgər şərait yaranarsa, çox istərdim ki, orada elmi fəaliyyətlə məşğul olum".

Bizim.Media xəbər verir ki, bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ikinci günündə elektronika mühəndisi, ixtiraçı, azərbaycanlı professor Xəlil Kələntər bildirib.
 

“Mən neçə ildir ki, Yaponiyada yaşayıram. Orada süni intellekt üzrə araşdırmalar aparıram, nanotexnologiyalar sahəsində çalışıram. İstərdim ki, Qarabağ Universitetində texnologiya sahəsi üzrə ixtisaslaşmalar yüksək səviyyədə olsun. Bu, Azərbaycan üçün çox vacibdir”, - deyə professor qeyd edib.


Xatırladaq ki, sentyabrın 9-dan başlanan Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin