Elm və təhsil naziri Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı nöqsanlarla bağlı məsələyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır və təbii ki, prosesdə nöqsanlar üzə çıxır.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ Universitetində dərslər BU TARİXDƏ BAŞLAYACAQ
“Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə nöqsan ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır.
Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu nöqsanlara yol verilməməsi tapşırılır”, - E.Əmrullayev qeyd edib.
Xatırladaq ki, Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, Bakı Dövlət Universiteti tərəfindən xaric edilmiş təhsilalanlar üzrə 188,8 min manat, akademik məzuniyyət götürmüş və təhsilini dayandırmış təhsilalanlar üzrə 15,2 min manat və əməkdaşların aylıq gəlirindən az hesablanmış gəlir vergisinin dövlət büdcəsinə bərpa edilməsinin, 2 saylı tədris korpusunun əsaslı təmiri ilə bağlı podratçıya artıq ödənilmiş 130,2 min manatın Universitetin 2024-cü il 1 iyun tarixinə podratçıya olan kreditor borcundan azaldılmasının nəzərə alınması, habelə artıq ödənilmiş məzuniyyət və təqaüd xərclərinin, aşkar edilmiş çatışmazlıqların bərpa edilməsi barədə qərar qəbul edilib.
Bizim.Media