MSK sədri: “Bu dairələrdən olan şikayətlər ciddi araşdırılacaq”

Hazırda oxunan: MSK sədri: “Bu dairələrdən olan şikayətlər ciddi araşdırılacaq”

210687

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib. 

Bizim.Media xəbər verir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb. 

O qeyd edib ki, 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacaq. 

"Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq", - deyə sədr əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin