Sınıqçı 2 yaşlı uşağı çarmıxa çəkibmiş – Ailəsindən ÖZƏL AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Sınıqçı 2 yaşlı uşağı çarmıxa çəkibmiş – Ailəsindən ÖZƏL AÇIQLAMA – VİDEO

Biləsuvarda 2 yaşlı Nəzrin Qubadlı sınıqçı yanında masaj zamanı dünyasını dəyişib. Ətraflı məlumat üçün məqaləni oxuyun.

210675

Xəbər verildiyi kimi, Biləsuvarda 2 yaşlı Nəzrin Qubadlı sınıqçı yanında masaj zamanı dünyasını dəyişib

Bizim.Media azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərrüatlarını öyrənib. Məlum olub ki, sınıqçı Nərgiz İmanova azyaşlını sağaltmaq üçün öz üsulu ilə çarmıxa çəkibmiş...
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda DƏHŞƏT: 2 yaşlı uşaq masaj edilərkən öldü


2 yaşlı Nəzrin Qubadlının atası Emin Qubadlı saytımıza açıqlamasında bildirib ki, ayağında olan problemə görə sentyabrın 6-da sınıqçı-masajçıya aparılan qızı elə ikinci seansda, dünyasını dəyişib. Baxmayaraq ki, həkimlər masajdan əvvəl müayinəyə gətirilmiş körpənin ailəsinə onun ayağında sadəcə damar dolaşması olduğunu diqqətə çatdırıblar. Ailə məhz buna görə rayonun Bəydili kənd sakini, 60 yaşlı sınıqçı-massajçı Nərgiz İmanovaya müraciət etmək qərarına gəlib. İlk masajdan sonra uşağın vəziyyəti daha da pisləşib. 

Uşağın babası Mirkərim Qubadov isə deyir ki, uşaq çarmıxa çəkilib. Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıbmış. 

"Bu masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına...", - deyə baba gileylənib.

Gün boyu sınıqçı-masajist Nərgiz İmanovaya zəng etsək də, telefon nömrəsi əhatə dairəsindən kənar olduğu üçün hər hansı əlaqə qurmaq mümkün olmadı. 

Qeyd edək ki, ölən körpənin meyiti prossedur qaydalarına uyğun olaraq tibbi-ekspertizadan keçirilib və artıq dəfn edilib. 

Məsələ ilə bağlı Tibbi ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, uşaqla bağlı Biləsuvar Mərkəzi Xəstəxanasına hər hansı müraciət daxil olmayıb. 

Baş Prokurorluqdan isə hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunub. 


Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin