“2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 09.09.2024
DYP-dən Formula-1 ilə bağlı sürücülərə MÜRACİƏT
Hazırda oxunan: DYP-dən Formula-1 ilə bağlı sürücülərə MÜRACİƏT
Hazırda oxunan: DYP-dən Formula-1 ilə bağlı sürücülərə MÜRACİƏT
2024 Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Ən son xəbərlər.
210626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.