Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı

Hazırda oxunan: Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı

Həbsdə olan sayt rəhbəri Mahir Xəttab azadlığa buraxıldı. Azadlıqdan məhrumetmə cəzası başa çatıb. Xəttab YAP sədri barəsində məlumat yayılmasının qarşısının alınması üçün hədə-qorxu ilə 2 min manat aldığı ittihamı ilə həbs edilmişdi. Azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb.
210622

Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.

O, bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.

Onun azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin