Oğuzda ağır qəza: Ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Oğuzda ağır qəza: Ölən və yaralananlar var - VİDEO

Oğuz rayonunda meydana gələn ağır avtomobil qəzasında bir nəfər həyatını itirib, digər bir neçə nəfər yaralanıb. Qəza, 'Mercedes' və 'VAZ 2107' avtomobillərinin toqquşması nəticəsində baş verib. Həyatını itirən şəxs və yaralılar Şəki və Oğuz rayonlarında yerləşən xəstəxanalara çatdırılıb. Araşdırmalar davam etdirilir.
210606

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndindən keçən hissəsində ağır qəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Ərmənət kənd sakini 37 yaşlı Əyyub Əyyubovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobil ilə Yaqublu kənd sakini 35 yaşlı Tutan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.  

Hadisə yerinin ilkin müayinəsi və şahidlərin sözlərinə görə, qəzaya “Mersedes”in sürücüsünün ötmə qaydalarına riayət etməməsi səbəb olub. Belə ki, Tufan Lətifov idarə etdiyi avtomobillə  “VAZ 2107”-nin qarşısına çıxıb. 

Nəticədə  hər iki avtomobilin sürücüləri eyni zamanda  “Mercedes”in sürücüsü Tufan Lətifovun avtomobildə olan 3 ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 Daha sonra həkimlərin tövsiyyəsi ilə yaralılar Təcili Tibbi Yardım bridadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

“VAZ-2107”nın sürücüsü Əyyub Əyyubov Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən həyatını itirib. Digər yaralıların isə həyatı təhlükəsi aradan qaldırılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin