Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda yanğın: Azyaşlı uşaq xilas edildi - FOTO
Uşaqlardan biri hadisə zamanı qaçaraq xilas olub, digəri isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb.
Hadisə yerinə çagırılan Fövqəladə Hallar Nazirliyinın müvafiq bölmələri yanğına müdaxilə edərək ilk növbədə uşagı xilas ediblər və azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Təxminən 300 kvadrat metr sahəyə malik ikimərtəbəli evin 80 kvadratı qorunsa da içəridə olan bütün əşyalar və evin yanar konstruksiyaları yanaraq sıradan çıxıb.
Yanğının ilkin ehtımala görə qısaqapanma səbəbindən baş verdiyi bildirilir. Evin Rzayeva Samirə adlı şəxsə kirayə verildiyi bildirilir.
Yangın zamanı xəsarət alan uşağın vəziyyəti ağır qiymətləndirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu