Ömrü uzadan yeni gen aşkarlandı

Hazırda oxunan: Ömrü uzadan yeni gen aşkarlandı

210481

Alimlər uzunömürlülüklə əlaqəli yeni gen aşkarlayıblar.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, sağlam qidalanmanın, idman etmənin, siqaret çəkməməyin və güclü sosial əlaqələrin qurulmasının ömrü uzadan amillərdən olduğu qəbul edilir.

Mütəxəssislər canlıların ömründə genetikanın böyük rol oynadığını da bilirlər. Hansı genlərin ömrü uzatdığını bilmək alimlərə qocalmanı və bu proses zamanı baş verən xəstəlikləri daha yaxşı anlamağa kömək edir. Bu sayədə xəstəliklərə qarşı daha inkişaf etmiş dərman və üsullar istehsal oluna bilər.

Kopenhagen Universitetinin tədqiqatçıları bu istiqamətdə mühüm addım ataraq ömrü uzadan yeni gen müəyyən ediblər. Tədqiqatçılar uzunömürlülüklə yaxından əlaqəli olan FOXO transkripsiya faktorları adlı bir qrup zülalları araşdırarkən belə bir qərara gəliblər.

“Nature Communications” jurnalında dərc edilən araşdırmada ifadələri dəyişdikdə həyatın uzunluğunu dəyişən 10 gen müəyyən edilib. “OSER1” adlı genin ən böyük təsirə malik olduğunu anlayan alimlər buna diqqət yetiriblər. Tədqiqatçılar qeyd ediblər ki, “OSER1” meyvə milçəklərində, yuvarlaq qurdlarda və ipəkqurdlarında, eləcə də insanlarda olur. Komanda hazırda “OSER1”-in insanlarda oynadığı rolun dərəcəsini aydın şəkildə müəyyən etməyə çalışır.

Kifayət qədər resurs olmadığını bildirən Zhiquan Li, aparıcı müəllifi olduğu araşdırma haqqında bildirib ki, “OSER1”in qocalmanın və uzunömürlülüyün əhəmiyyətli tənzimləyicisi olduğunu nümayiş etdirən ilk araşdırmadır: “Gələcəkdə biz “OSER1”dən təsirlənən yaşla bağlı xüsusi xəstəliklər və qocalma prosesləri haqqında məlumat verməyə ümid edirik”.

Tədqiqatçılar qocalma ilə əlaqəli xəstəliklərə qarşı dərmanlar hazırlamağı hədəflədikləri üçün araşdırmanın əvvəlindən insanlarda olan genlərə diqqət yetirdiklərini ifadə ediblər.

“Əgər bu gen yalnız heyvanlarda olsaydı, insan sağlamlığına uyğunlaşmaq çətin olardı”, - deyə Zhiquan Li izah edib.

Genin ömür uzunluğuna təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olsa da, nəticələər insanların sağlam və uzun ömür sürməsinə kömək edən tədqiqatda mühüm bir addım olduğunu göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin