İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı ARTIRILACAQ

Hazırda oxunan: İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı ARTIRILACAQ

210427

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) nizamnamə kapitalının artırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi üçün fondun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir.

Həmçinin:

- maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;

- maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

- maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə Fonda və müvəkkil banka məlumat vermək;

- elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

Xatırladaq ki, İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 980.7 milyon manatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin