Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü YOXA ÇIXDI

Hazırda oxunan: Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü YOXA ÇIXDI

210391

Azərbaycanda bələdiyyənin möhürü yoxa çıxıb.

Bizim.Media ”iqtisadiyyat.az”a istinadən xəbər verir ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhürü itib.

Möhürün hansı şəraitdə itdiyi məlum deyil. Möhür itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, 2022-ci ildə Qulubəyli bələdiyyəsinin sədri 1948-ci il təvəllüdlü Mirvəli Tağıyev vəzifəsindən kənarlaşdırılıb. 1999-cu ildən bələdiyyənin üzvü və sədri vəzifəsində işləyən M.Tağyev torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bu ilin iyun ayında elan etdiyi qərarla ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Məhkəmədə zərərçəkmiş şəxs bələdiyyənin nümayəndəsi, eyni zamanda mülki iddiaçı sabiq sədrin qardaşı Qalib Nağıyev olub.

Hazırda Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini 2022-ci ildən etibarən Qalib Nağıyev icra edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin