Bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlunun son durumu ilə bağlı açıqlama verilib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu haqda Azər Rəşidoğlunun yaxın dostu Rəsul Mirhəşimli danışıb:
“Dostum Azər Rəşidoğlunun Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatına məruz qalıb.
Qeyd edim ki, Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub. Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Əməliyyatda iştirak edən bütün həkimlərə və tibb işçilərinə də xüsusi təşəkkür edirəm.
Azər artıq palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər.
Allahın izni ilə Azər yaxın günlərdə xəstəxanadan çıxıb, əvvəlki enerjisi ilə işlərini davam etdirəcək”, - deyə R.Mirhəşimli bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:46 / 06.09.2024
Xəstəxanaya yerləşdirilən jurnalist Azər Rəşidoğlunun diaqnozu AÇIQLANDI
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən jurnalist Azər Rəşidoğlunun diaqnozu AÇIQLANDI
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən jurnalist Azər Rəşidoğlunun diaqnozu AÇIQLANDI
210315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.