BİZİM TƏQVİM: 7 sentyabrda baş vermiş mühüm hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 7 sentyabrda baş vermiş mühüm hadisələr

210294

1812-ci ilin bu günündə Rusiyaya hücum edən Fransa imperatoru I Napoleonun ordusu ilə general Mixail Kutuzovun başçılıq etdiyi rus ordusu arasında Moskva yaxınlığındakı Borodino kəndində XIX əsrin ən qanlı döyüşlərindən biri baş verib. Borodino döyüşü ən qanlı birgünlük döyüşlərdən biri kimi tarixə düşüb. Ümumilikdə 250 mindən çox əsgərin iştirak etdiyi döyüşdə 90 minə yaxın insan həlak olub.

7 sentyabr tarixində baş vermiş digər tarixi hadisələr:

1. 7 sentyabr 70-ci ildə imperator Titusun başçılıq etdiyi Roma Ordusu Qüdsü işğal etdi və taladı.

2. 7 sentyabr 1776-cı ildə dünyada ilk dəfə sualtı gəmi hücumu təşkil olundu. Müstəqillik müharibəsində amerikalıların əhəmiyyət vermədiyi və "tısbağa" adlandırdıqları sualtı gəmi New York Limanına lövbər salmış ingilis donanmasının bayraqdar gəmisi "HMS Eagle"ın altına zamana görə tənzimlənmiş bomba yerləşdirdi, lakin hücum müvəffəqiyyətsiz oldu.

3. 7 sentyabr 1822-ci ildə Portuqaliyanın Cənub Amerikadakı ən böyük müstəmləkəsi olan Braziliya müstəqilliyini elan edib.

4. 1896-cı ilin 7 dentyabrında alman cərrah Lüdviq Rehn 22 yaşlı bağban Vilhelm Yustus üzərində tarixdə ilk uğurlu ürək əməliyyatını həyata keçirib.

5. 7 sentyabr 1925-ci ildə Vyanada (Avstriya) keçirilən beynəlxalq konfransda Beynəlxalq Cinayət Polisi Komissiyası yaradılıb. 1946-cı ildə qurum İnterpol (Beynəlxalq Polis) adlandırılıb.

6. 7 sentyabr 1927-ci ildə amerikan ixtiraçısı Filo Teylor Farnsuort (Philo Teylor Farnsworth) tamamilə elektron sistemlə işləyən ilk televiziyanı yaratdı.

7. 7 sentyabr 1940-cı ildə II Dünya müharibəsində Almaniyanın Hərbi Hava Qüvvələri Londonu hədəf alan və 57 gün fasiləsiz davam edən hava hücumlarına başladı. Bu bombardmanlara "The Blitz" adı verildi.

8. 7 sentyabr 1956-cı ildə BMT köləliyi və qul ticarətini qadağan edən qətnamə qəbul edib.

9. 1977-ci ilin bu günündə ABŞ Prezidenti Cimmi Karter və Panamanın hərbi rəhbəri Omar Torrixos Panama kanalının 2000-ci ildə Panamanın tabeliyinə verilməsi ilə bağlı müqavilə imzalayıblar.

10. 7 sentyabr 1992-ci ildə Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələr qurulub.

11. 7 sentyabr 2011-ci ildə göyərtəsində "Lokomotiv Yaroslavl" xokkey komandasına daşıyan təyyarə Yaroslavl hava limanından qalxdıqdan sonra Volqa çayına düşdü. Təyyarədə olan 45 nəfərdən 44-ü həlak oldu.

7 sentyabrda bu şəxsiyyətlər xatırlanır:

1. 7 sentyabr 1914-cü ildə teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Cəfərov (1914 – 19.9.1973) anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

2. 7 sentyabr 1939-cu ildə şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (1939–2009) anadan olub. “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.

3. Azərbaycanlı siysətçi, sabiq deputat, məşhur 91-lərdən biri Sirus Təbrizli 7 sentyabr 2013-cü ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin