Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqlamasında deyilir.
Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
"Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - məlumatda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:32 / 05.09.2024
Sosial şəbəkələrdə itmiş baqajların satışı ilə bağlı elanlar SAXTADIR - BİRGƏ MƏLUMAT
Hazırda oxunan: Sosial şəbəkələrdə itmiş baqajların satışı ilə bağlı elanlar SAXTADIR - BİRGƏ MƏLUMAT
Hazırda oxunan: Sosial şəbəkələrdə itmiş baqajların satışı ilə bağlı elanlar SAXTADIR - BİRGƏ MƏLUMAT
210150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.