Biləsuvar rayon ərazisində baş vermiş zəlzələ ilə əlaqədar hər hansı itki və dağıntı faktı qeydə alınmayıb.
Bu barədə Bizim.Media-nın cənub bürosuna Biləsuvar rayon icra hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, bu gün saat 10:45-də Biləsuvar rayonu ərazisində 4,5 ballıq zəlzələ qeydə alınıb.
*** 11:33
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Sabutay, Bizim.Media, Cənub bürosu