Ağstafanın Xətai kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. İki mindən çox əhalisi, 420 təsərrüfatı olan kəndin İrəvanlılar küçəsi kimi tanınan yaşayış massivi uzun illərdir ki, bu problemi yaşayır.
Bizim.Media xəbər verir ki, sakinlər deyirlər ki, suvarma suyunun olmaması səbəbindən həyətlərindəki ağaclar quruyur, içməli suyu isə pulla almalı olurlar.
"Məktəbin yanında artezian quyusu var idi. O, bütün kəndə kifayət edirdi. İndi yaşlı qadınlar araba ilə su daşımaq məcburiyyətində qalıblar. Götürüb satıblar, 31 ildir nə içməli suyumuz var, nə də suvarma suyumuz", - deyə şikayətçilər narazılıq bildiriblər.
Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, içməli su sistemi mövcud olmayan bu ərazidə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Suvarma məsələsinə gəldikdə, Regional Su Meliorasiya Xidməti bunun üçün quyudan çəkilən arxların bələdiyyənin balansında olduğunu qeyd edib.
Ağstafa rayonunun Xətai kənd bələdiyyəsindən isə məsələ ilə bağlı heç bir mövqe bildirilməyib.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:17 / 04.09.2024
Ağstafa sakinlərinin şikayəti: "31 ildir nə içməli suyumuz var, nə də..." - VİDEO
Hazırda oxunan: Ağstafa sakinlərinin şikayəti: "31 ildir nə içməli suyumuz var, nə də..." - VİDEO
Hazırda oxunan: Ağstafa sakinlərinin şikayəti: "31 ildir nə içməli suyumuz var, nə də..." - VİDEO
210019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.