Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media