Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 36 yaşlı Babək İsayev saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, B.İsayevdən tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Həyata keçirillən digər tədbirlərlə isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Vidadi Fərəcov və Hikmət Quliyev saxlanılıblar. Onların Aşağı Nüvədi qəsəbəsi ərazisindəki otlaq sahəsində əkdikləri çətənə bitkiləri əşkarlanıb.
Araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:59 / 03.09.2024
DİN Lənkəranda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
Hazırda oxunan: DİN Lənkəranda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
Hazırda oxunan: DİN Lənkəranda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
DİN Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxsləri saxlayıb. Saxlanılanlar arasında Babək İsayev, Vidadi Fərəcov və Hikmət Quliyev də var.
209763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.