Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ – Bu xəstəliklərə səbəb ola bilər – VİDEO

Hazırda oxunan: Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ – Bu xəstəliklərə səbəb ola bilər – VİDEO

Tozlu hava ilə bağlı xəbərdarlıq. Bir neçə gündür Bakı və Abşeron yarımadasında tozlu hava müşahidə edilir. Xəstəliklərə səbəb ola bilər. Astma xəstəliyi olanlar əziyyət çəkir. Ekoloji zərərləri də var.

209752

Bir neçə gündür Bakı və Abşeron yarımadasında tozlu hava müşahidə edilir. Demək olar ki, göz gözü görmür. Hələ bir neçə gün də havanın belə olacağı bildirilir. Hər il bir dönəm Bakıda normadan artıq tozlu hava müşahidə olunur. Tozlu havanın Türkmənistandan külək vasitəsilə gəldiyi qeyd olunur.  

Tozlu havanın ziyanları
 

MÖVZU İLƏ BAĞLI:

Tozlu hava şəraiti nə vaxta kimi davam edəcək?


Bunun əlbəttə ki, heç bir xeyri yoxdur. Həkimlər deyir ki, əsasən də astma xəstəliyi olan insanlar belə havalardan çox əziyyət çəkirlər. Tənəffüsü ağırlaşdırır, nəfəs darlığına səbəb olur. Tozlu hava dərinin də qurumasına gətirib çıxarır. Nəinki fiziki, həm də insanların əhval-ruhiyyəsinə təsir edir. Yorğunluq, əmək fəaliyyətinin zəifləməsi, halsızlıq, baş ağrısı yarada bilir. 

Bəs tozlu havanın ekoloji zərərləri varmı? 

Ekoloq Qorxmaz İbrahimli Bizim.Media-ya bildirib ki, tozlu havanın ekoloji zərərləri insan sağlamlığına zərərləri qədər çox deyil. O deyir ki, tozlu havanın qarşısını almaq qeyri-mümkündür. 


Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin