Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bizim.Media-ya Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə ekoloji terrorun Azərbaycandan yan keçmədiyi ,30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəydiyi, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxardığı qeyd edilir.
Bildirilib ki, Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi fəaliyyəti və qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan vurulub:
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terrorun davamı olaraq hazırda Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməkdə davam edir”.
Müraciətdə beynəlxaql qurumlara çağırış edilir ki, Ermənistan tərəfindən törədilmiş və hal-hazırda davam etdirilən ekoloji terrorun dayandırılması, qarşısının alınması və gələcəkdə baş verməməsi üçün təcavüzkar ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görülsün.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 06.11.2020
Şuşa meşələrinin yandırlması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi
Hazırda oxunan: Şuşa meşələrinin yandırlması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi
Hazırda oxunan: Şuşa meşələrinin yandırlması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi
2097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.