Gənc həkimlər uşaqlarla işləməkdən niyə QAÇIR?

Hazırda oxunan: Gənc həkimlər uşaqlarla işləməkdən niyə QAÇIR?

Gənc həkimlər uşaqlarla işləməkdən niyə QAÇIR? 2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir. Məlumata görə, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim - pediatr düşür. Pediatrların sayı ilbəil azalır. Pediatrların azalmasına səbəb nədir? Görünən odur ki, pediatrların sayı ilbəil azalır. Bu isə heç də xoşagələn trend deyil.

209637

2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir.

Məlumata görə, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim - pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim - pediatr düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərdə olduğu kimi, rayonlarda işləyən həkimlərə də GÜZƏŞTLƏR OLACAQ?


Görünən odur ki, pediatrların sayı ilbəil azalır. Bu isə heç də xoşagələn trend deyil.

Pediatrların azalmasına səbəb nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki,  hazırda tibbin ən avanqard sahəsi cərrahiyyədir:

“Bütün dövrlərdə belə olub, indi də elədir. Son zamanlar neyrocərrahiyyə, kardiocərrahiyyə və orqan köçürülməsi sahəsinə xüsusi maraq var. Cərrahiyyədə daha çox dəqiqlik tələb olunur və bunu öyrənmək də asandır. Amma terapiya sahəsi, xüsusən də pediatriya çox çətindir. Bu, spesifik sahədir. Ümumiyyətlə, uşaqlarla işləmək çətindir. Ona görə də gənclər bu sahəyə getməkdə tərəddüd edirlər.

Həkim olmaq istəyən gənclər arasında sorğu keçirilsə ki, “hansı sahəni seçirsən?” əminliklə deyə bilərəm ki, əksəriyyət  cərrahiyyənin adını çəkəcək. Burda maddiyyat da az rol oynamır. Cərrahlar pediatrlarla müqayisədə daha çox qazanırlar.

Ölkə üzrə hər 10 min uşağa neçə pediatr lazım olduğunu dəqiq bilmirəm. Amma bildiyim odur ki, ölkədə bu sahədə vəziyyət heç də yaxşı deyil. Bunun da qarşısı alınmalıdır. Təkcə, mərkəzi şəhərlərdə deyil, ucqar yaşayış məntəqələrində ştat cədvəlinə uyğun pediatr olmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin