“AzTV-də neoavtoritar idarəçilik, Xəzər TV isə bataqlığa yaxınlaşır”

Hazırda oxunan: “AzTV-də neoavtoritar idarəçilik, Xəzər TV isə bataqlığa yaxınlaşır”

20963

“Televiziyalarda islahatlar aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq”. 

Bizim.Media xəbər verir ki bu fikirləri millət vəkili Etibar Əliyev feybuk hesabındakı paylaşımında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

AzTV-də işə başlayan məşhur aktyor: “Mənə 10 manat belə verən olmayıb” - FOTO


​​​​​​​Deputatın fikrincə, ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər:

“Dünyada isə səviyyə uğrunda rəqabət gedir. Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn “Lider”lə Space”- nin nə fərqi var? Birləşsələr, nə baş verər? AzTV-dəki neoavtoritar idarəçilik heç Sovet vaxtında olmayıb”.

E.Əliyevin sözlərinə görə, televiziyaların ictimai rəyə təsiri sıfıra bərabərdir:

“Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz.

Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. “Lider” də belədir. Baxıram ki, “Xəzər” də Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin