Rusiyanın “casus” balinası Norveçdə ölü tapıldı – FOTO

Hazırda oxunan: Rusiyanın “casus” balinası Norveçdə ölü tapıldı – FOTO

209566

Rusiyanın cəsusu olduği iddia edilən “Hvaldimir” ləqəbli balinasının cəsədi Norveçin Risavika limanının yaxınlığında tapılıb və analiz üçün ən yaxın limana aparılıb.

Bizim.Media “BBC”-yə istinadən xəbər verir ki, bu məlumatı onun hərəkətlərini illərdir izləyən “Marine Mind” təşkilatı yayıb.

“Marine Mind”ın qurucusu Sebastian Strand “AFP” xəbər agentliyinə bildirib ki, balinanın ölüm səbəbinin məlum deyil və onun bədənində heç bir aşkar xəsarət izi yoxdur.

O, əlavə edib ki, bu tip balinalar qısa ömürlü olur.

Onu tapan mütəxəssizlər balinaya “Hvaldimir” adını verib. Bu söz “Hval” (Norveç dilindən tərcümədə balina – red) və Rusiya Prezidenti Vladimir Putinin soyadı “Vladimir” sözlərinin birləşməsindən yaranıb.

Bu məməlinin casus balina ola biləcəyi ilə bağlı şayiələrə yayılıb. Belə ki, “Hvaldimir” ilk dəfə beş il əvvəl Norveç sularında üzərinə “GoPro” modelli kamera bərkidilmiş halda müşahidə edilib. Kameranın üzərində isə "Sankt-Peterburq avadanlığı” yazılıb. Bu da ekspertlərin iddialarını gücləndirib.

Qeyd edək ki, Rusiya höküməti heç vaxt “Hvaldimirin” rus hərbçiləri tərəfindən təlim keçdiyi iddiasına rəsmi münasibət bildirməyib. Onlar əvvəllər dəniz məməlilərini casus kimi yetişdirmək istəyən hər hansı proqramın mövcudluğunu inkar edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin