Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır:
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:44 / 02.09.2024
Bakıda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Bakıda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Bakıda müşahidə olunan tozlu havanın SƏBƏBİ AÇIQLANDI
209563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.