Kiberdələduzların YENİ FIRILDAĞI – Süni intellekt vasitəsilə insanları necə ALDADIRLAR?

Hazırda oxunan: Kiberdələduzların YENİ FIRILDAĞI – Süni intellekt vasitəsilə insanları necə ALDADIRLAR?

Süni intellekt vasitəsilə insanları aldadan kiberdələduzlar haqqında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovun müsahibəsində məlumatlar.

209557

“Texnologiya inkişaf etdikcə bütün sahələrə öz töhfəsini verir.  Çox təəssüf ki, bu tərəqqinin imkanlarından müəyyən kateqoriyalı insanlar da neqativ istiqamətdə faydalanır. Məsələn, süni intelekt səs və görüntünü eyniləşdirmək imkanı verir.  Bundan əlavə texniki qurğular insanı çox asanlıqla yamsılaya bilir. Süni intelektin bu imkanları da təbii ki, dələduzlar üçün yeni qazanc yerləri açır”.

Bu fikirləri süni intellektin yaratdığı fəsadlardan danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl Avropa ölkələrində səs və görüntünün eyniləşdirilməsi versiyalarına tez-tez rast gəlinirdi:
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT! Azərbaycanda yeni kiberdələduzluq - Sizin səsinizlə valideyninizdən pul alınır


“Son aylarda isə bəzi dələduzlarun bu imkandan istifadə edərək yaşlı adamları aldadaraq onların vəsaitlərini ələ keçirdikləri ilə bağlı xəbərləri eşidirik. Açığı, bu dələduzluq variantının ölkəmizə belə qısa zamanda sirayət edəcəyini gözləmirdik. Çünki süni intelektin imkanlarından populyar dillərdə daha çox faydalanmaq olur. Məsələn, ingilis, rus, alman, çincə və digər populyar dillər süli intelekt aləmində daha çox imkanlar açır.

Hətta keçən ay “Android”də 10-a yaxın populyar dilin anındaca digər dilə tərcüməsinin şahidi olduq. Yəni “Android” bir dildə danışan şəxsin paralel olaraq digər dildə sinxron tərcüməsini verirdi. Ancaq bu dillər arasında Azərbaycanca və Türkiyə türkcəsi yox idi.

Lakin indi süni intelektin imkanlarından istifadə edən bəzi dələduzlar soydaşlarımızı asanlıqla aldada bilirlər.

Məsələn, övladın, qardaşın, bacının və digər yaxın adamın saxta və eyniləşdirilmiş səsləri yaxınlarına göndərilir. Bu səs vasitəsilə həmin adamların şəxsi məlumatları və yaxud vəsaitləri ələ keçirilir. Azərbaycan dilinin süni intelektdə öz səlis bazası yaradılmadığı bir vaxtda dələduzların hərəkətə keçməsi təəssüf və təəccüb doğurur.

Azərbaycandakı kiberdələduzlar artıq eyniləşdirilmiş səs texnologiyasına nail olublar. Həmin dələduzlar kimlərinsə adından eyniləşdirilmiş səslə onların yaxınlarıyla ünsiyyət qururlar. Əslində texnoloji baxımdan bu çox çətin bir prosesdir. Çünki, süni intelekt xüsusi texnologiyalar vasitəsi ilə öyrədilir”.

Müsahibimiz təəssüflə qeyd edib ki, bu məsələdə dələduzlar bizdən bir yox, bir neçə addım qabaqdadır:

“Bu da yaxın aylarda ölkəmizdə kiberdələduzluğun daha ağır nəticələr verəcəyi ehtimalını yaradır. Təəssüflər olsun ki, bu texnologiyanı hər hansı bir proqram təminatı ilə başa düşmək mümkün deyil. Burada insanların canlı müşahidəsi lazımdır. Çünki hər kəs öz yaxınının danışıq üslubunu, hərəkətini, vərdişlərini və ifadə tərzini daha yaxşı bilir. Ona görə də vətəndaşlar diqqətli olmaldır. Onlar gələn mesajlara və zənglərə qarşı daha diqqətli olmalıdırlar. Bunu dəqiqləşdirmək üçün ya görüntülü danışmalı, ya da öz aralarındakı danışıq ifadələrini sınaqdan keçirməlidirlər”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin