SON DƏQİQƏ: Məktəb direktoru Ülviyyə Bayramova BIÇAQLANDI

Hazırda oxunan: SON DƏQİQƏ: Məktəb direktoru Ülviyyə Bayramova BIÇAQLANDI

Astara şəhərində yaşanan və məktəbin gözətçisi tərəfindən bıçaqlanma hadisəsi. Gözətçi, məktəbin direktorunu bıçaqlayaraq xəsarətləndirmişdir. İddialara görə, bıçaqlananın həyat yoldaşının sosial mediada və KİV-də məktəb direktoruna rüşvət və korrupsiya ittihamları olduğu qeyd edilmişdir. Məhkəmə hökmü ilə məselenin nəticəsi müəyyənləşmiş və təqsirli tərəf cəzalandırılmışdır.

209555

F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi  Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb. 

Bizim.Media xəbər verir ki, Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə "işə qəbul"ə görə yaranıb və mübahisə məhkəməyə qədər gedib çıxıb.

Ülviyyə Bayramova ağır vəziyyətdə, Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və  ilkin tibbi yardımdan alandan sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin