Duz xərçəngin dərmanıdır? - Alimlərdən MARAQLI NƏTİCƏ

Hazırda oxunan: Duz xərçəngin dərmanıdır? - Alimlərdən MARAQLI NƏTİCƏ

209543

Onkoloji xəstəliklərlə mübarizədə masamızda olan duzun möcüzəvi təsiri araşdırılıb.

Bizim.Media medicina-ya istinadən xəbər verir ki, Fridrix Şiller adına universitetin professoru Kristina Zelinski son elmi işində adi duzla maraqlı nəticələr alıb.

O, duzun immun sistemini möhkəmləndirdiyini görüb. Xörək duzu tibdə xlorid natriy kimi qeyd olunur.

Onkoloji xəstəliklərlə mübarizədə əsas T – killer hüceyrələr rol oynayır. Bəzi ağ qan hüceyrələri şiş hüceyrələrini tanıyıb onları məhv edə bilir.

Yeni terapiyada pasiyentin öz immun hüceyrələri qan plazmasından alınır, laboratoriyada çoxaldılır və yenidən xəstəyə köçürülür.

Alimlər T hüceyrələrin effektivliyinin natriy ionları ilə artdığını müşahidə ediblər.

Şişlərin özündə də yüksək natriy konsentrasiyası var. Məsələn, süd vəzi şişlərində natriy konsentrasiyası çoxdur, ona görə də bu pasiyentlər daha uzun müddət yaşayır.

Digər elmi işlər sübut edib ki, natriy digər T hüceyrələri də aktivləşdirir ki, autoimmun xəstəliklərin qarşısını alsın.

Eksperimentdə siçanlara duzla işlənmiş T hüceyrələr köçürülüb. Nəticədə onlarda metobolik proseslər yüksəlib. Belə ki, şəkərin udulması nəticəsində hüceyrə daxili enerji artıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin