Milli Məclisə keçirilən növbədənkənar seçkilərə ucqar dağ kəndi Xınalığın sakinləri də qoşulub. 59 saylı Quba DSK-nın Xınalıq kəndindəki 13 saylı məntəqəsində səhər saatlarından qələbəlik yaşanıb.
Məntəqənin sədri Yunis Dəmurovun Bizim.Media-ya verdiyi məlumata görə, məntəqədə 1334 seçici var və səsvermə hazırda davam edir.
Məntəqə sədri onu da deyib ki, evlərdə xəstə olmadığından daşınan qutu göndərilməyib.
Daşınan qutu Dövlət Sərhəd Xidmətinin müraciəti əsasında Şahdüzü istiqamətində xudmət edən sərhədçilərə göndərilib.
Yunis Dəmirov seçki bitəndən sonra seçici bülletenlərinin 59 saylı Quba DSK-na çatdırılması üçün avtonəqliyyat ayrıldığını və texniki təminatda problem olmadığını deyib.
Onun sözlərinə görə, Xınalıq yolunun 42-ci km-də körpünün uçması ilə əlaqədar ind Xınalıqdan Qubaya digər alternativ yol olan Susay-Xınalıq yolundan istifadə edilir.
Seçki bitəndən sonra həmin yolla bülletenlər dairəyə çatdırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:13 / 01.09.2024
Xınalığın sakinləri də səs verir - FOTO
Hazırda oxunan: Xınalığın sakinləri də səs verir - FOTO
Hazırda oxunan: Xınalığın sakinləri də səs verir - FOTO
Xınalığın sakinləri də Milli Məclisə keçirilən növbədənkənar seçkilərə qoşulub. Seçki prosesində məntəqə sədri Yunis Dəmurovun məlumatına əsasən, Xınalıq kəndində səsvermə davam edir və texniki təminatda problem yaranmayıb.
209426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.