Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.
Bizim.Media xəbər verir ki, Seçki dairəsinin sədri Jalə Zeynalova bu məntəqənin seçici siyahısında 1458 nəfərin adı olduğunu bildirib.
Onun sözlərinə görə, səsvermə başlayandan 3 saat vaxt ərzində 230 nəfər səs verib:
"Seçki prosesini 30 yerli və beynəlxalq müşahidəçi izləyir. Məntəqədə seçkilərə nəzarət üçün veb-kamera quraşdırılıb".
Qeyd edək ki, məntəqə Bakı şəhəri, T.Həsənov adına 23 saylı məktəbin binasında yerləşir.
Selcan Zaurqızı, Bizim.Media