Əli Əsədov: "Şadıq ki, Azərbaycanın bütün ərazilərində seçki keçirilir"

Hazırda oxunan: Əli Əsədov: "Şadıq ki, Azərbaycanın bütün ərazilərində seçki keçirilir"

209376

"Xalqımız kimi mən də sevinirəm ki, cənab Prezidentimizin və rəşadətli Azərbaycan Ordusunun səyləri nəticəsində torpaqlarımız işğaldan azad oldu. Torpaqlarımız işğaldan azad olunandan sonra keçirilən ilk növbədənkənar parlament seçkisidir".

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir Əli Əsədov səs verdi - VİDEO


"Azərbaycanın bütün ərazilərində seçki prosesi keçirilir, bunun üçün çox şadıq. Xalqımızın etimad göstərəcəyi 125 deputata uğurlar arzulayıram.

Dövlətçiliyimizin idarə olunmasında, qanunvericiliyin formalaşmasında və qanunlarımızın qəbul olunmasında parlamentin misilsiz xidmətləri var", deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin