“Azərbaycanda seçki prosedurları Böyük Britaniya Krallığının seçki sistemi ilə eynidir”.
Bunu bu gün Şuşada keçirilən seçkilərə müşahidəçi kimi izləyən Lordlar Palatasının üzvü Qurban Hüseyn Bizim.Media-ya açıqlamasında bildirib.
“Mən Parlament Dostluq Qrupunun üzvüyəm və buna görə burda iştirak edirəm. Həmçinin mən Azərbaycanın Böyük Britaniyadakı səfiri tərəfindən seçkidə müşahidəçi kimi iştirak etməyimlə bağlı dəvət olunmuşam.
Müşahidələrimə əsasən deyə bilərəm ki, Böyük Britaniya Krallığında da seçkilər eyni sistem əsasında keçirilir. Müşahidə prosesi də eyni gedir.
Vətəndaş gəlir, şəxsiyyət vəsiqəsini göstərir, yoxlandıqdan sonra seçki kabininə daxil olur və səsini verir. Hər bir vətəndaş azad şəkildə öz namizədini seçir və qutuya yerləşdirir. Yəni bütün prosedurları Böyük Britaniya Krrallığında da müşahidə etmişəm. Mən təəccübləndirici hç bir fərqlilik görmədim. Mən Azərbaycanın Böyük Britaniyadakı səfirinə Şuşada keçirilən seçkilərə müşahidəçi olmağım üçün dəvətinə görə təşəkkür edirəm”.
Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 01.09.2024
Britaniyalı deputat: “Vətəndaşlar azad şəkildə seçkilərdə iştirak edirlər”
Hazırda oxunan: Britaniyalı deputat: “Vətəndaşlar azad şəkildə seçkilərdə iştirak edirlər”
Hazırda oxunan: Britaniyalı deputat: “Vətəndaşlar azad şəkildə seçkilərdə iştirak edirlər”
Britaniyalı deputat Şuşada keçirilən seçkiləri müşahidə etmiş və seçkilərin Azərbaycanın Böyük Britaniya Krallığının seçki sistemi ilə eyni olduğunu vurğulamışdır.
209366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.