23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 18 saylı seçki məntəqəsində seçici aktivliyi müşahidə olunur.
Bu barədə Bizim.Media-ya seçki məntəqəsinin sədri Təhminə İbrahimova məlumat verib.
“Məntəqədə hər şey qaydasındadır. Həm yerli, həm də xarici müşahidəçilər seçki prosesini izləyirlər. Ümumilikdə məntəqə üzrə 1462 seçici mövcuddur. 2 saat ərzində 200-dən çox seçici səs verib”, - deyə Təhminə İbrahimova qeyd edib.
Qeyd edək ki, sözügedən dairədən 10 namizəd deputat mandatı qazanmaq uğrunda mübarizə aparır.
Bizim.Media