Növbədənkənar parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir.
Bu barədə Bizim.Media-ya Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, respublika üzrə 125 seçki dairəsi üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsində son hazırlıq işləri həyata keçirilir.
Parlament seçkiləri üçün seçki məntəqələri saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Bizim.Media