Avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edildi - VİDEO

Hazırda oxunan: Avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edildi - VİDEO

Avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi Gəncədə müəyyən edildi. Şəhər sakini N. Həsənov inzibati qaydada həbs edilib.
209288

"Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib".

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
 

"Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.


Qeyd edək ki, Gəncədə sərnişinlərdən birinin avtobusda qeyri-etik hərəkətlər etməsi ilə bağlı videogörüntü sosial şəbəkədə müzakirə mövzusu olmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin