Son zamanlar sabiq LDP lideri Vladimir Jirinovski barədə müxtəlif fikirlər səsləndirirlər. Həmin fikirlərin məcmusu ondan ibarətdir ki, o dünyada baş verəcək bir çox hadisələrlə bağlı qabaqcadan proqnoz veribmiş. Bu günlərdə isə Jirinovskinin ölümündən bir müddət əvvəl verdiyi daha bir proqnoz açıqlanıb.
Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə rusiyalı jurnalist Vladimir Solovyov danışıb.
Solovyovun sözlərinə görə, sabiq LDP lideri sağ olarkən ABŞ-da prezident seçkilərinin 2024-cü ilin noyabrında keçirilməyəcəyini iddia edib.
“Jirinovskinin fikrincə, Amerikada seçki olmayacaq. Çünki o vaxta qədər dünyada və Amerikada çox ciddi hadisələr baş verəcək”, - deyə jurnalist bildirib.
Xatırladaq ki, bu ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkilərində vitse-prezident Kamala Harris Demokratların, sabiq prezident Donald Trampsa Respublikaçıların namizədidir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:54 / 31.08.2024
Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz ÜZƏ ÇIXDI
Hazırda oxunan: Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz ÜZƏ ÇIXDI
Hazırda oxunan: Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz ÜZƏ ÇIXDI
Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz haqqında ətraflı məlumat. Solovyovun açıqlamaları ilə Jirinovskinin 2024-cü ilin seçkiləri ilə bağlı iddiaları barədə son hadisələr.
209264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.