Ötən il Qarabağda nə qədər yaşayış sahəsi İSTİFADƏYƏ VERİLİB?

Hazırda oxunan: Ötən il Qarabağda nə qədər yaşayış sahəsi İSTİFADƏYƏ VERİLİB?

2023-cü ildə Qarabağ iqtisadi rayonunda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 28,206.6 kv.m. olmuşdur. Bu, 2022-ci ilə müqayisədə 5,4% azalma göstərməkdədir. Rayonda yatırılan investisiyanın 97,8%-i tikinti-quraşdırma işlərinə yönəldilib.
209229

2023-cü ildə Qarabağ iqtisadi rayonunda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 28 min 206,6 kv.metr təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 5,4 % azdır.

Bu iqtisadi rayonda 2022-ci ildə 29 min 807,6 kv.metr yaşayış sahəsi istifadəyə verilmişdi ki, bu da, 2021-ci illə müqayidə 24 % azdır.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda ötən il 9,946 min kv.metr yaşayış sahəsi (25,4 % az), Ağdam rayonunda 1,64 min kv.metr yaşayış sahəsi (34,5 % az), Bərdə rayonunda 11 min 823,6 kv.metr yaşayış sahəsi (67,5 % çox), Füzuli rayonunda 1,217 min kv.metr yaşayış sahəsi (29,1 % az), Tərtər rayonunda 3,58 min kv.metr yaşayış sahəsi (31,2 % az) istifadəyə verilib.

Hesabatda, Xankəndi, Xocalı, Xocavənd və Şuşa rayonlarında istifadəyə verilən yaşayış evlərinin sahəsi üzrə məlumat verilməyib.

Ötən il Qarabağ iqtisadi rayonuna yatırılan 2 milyard 254,4 milyon manatlıq investisiyanın 97,8 %-i və ya 2 milyard 204,251 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib ki, bu da, 19,3 % çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda bütün mülkiyyət növləri üzrə 2 milyon 483 min kv.metr yaşayış evi istifadəyə verilib ki, bu da, bir il öncəki göstəricidən 11,8 % azdır. Bunun 57,8 %-i və ya 1 milyon 436 min kv.metr yaşayış evi əhalinin öz vəsaiti hesabına istifadəyə verilib. Ötən il əhalinin öz vəsaiti hesabına istifadəyə verilən yaşayış evlərinin həcmi 8,7 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin