Xəbər verdiyimiz kimi, dünən Oğuz sakininə ayı hücum edib.
Bizim.Media xəbər verir ki, hadisə “Kor dərə” adlanan dağlıq ərazidə baş verib.
62 yaşlı Bakir Əliyev yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib. O, heyvanları xilas etmək istədiyi üçün ayıya müqavimət göstərib.
Ağır xəsarətlər alan Bakir Əliyev əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ilk yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun müalicəsi xəstəxanada davam etdirilir.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Bizim.Media