TƏBİB: Suraxanıdakı yanğına görə bir nəfərə yerində tibbi yardım göstərilib

Hazırda oxunan: TƏBİB: Suraxanıdakı yanğına görə bir nəfərə yerində tibbi yardım göstərilib

209131

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub. 

Bizim.Media-nın məlumatına görə, TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda obyekt YANIR – VİDEO


İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir. 

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verib. “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin