Meymunçiçəyinə yoluxanlar neçə günə SAĞALIR?

Hazırda oxunan: Meymunçiçəyinə yoluxanlar neçə günə SAĞALIR?

Meymunçiçəyinə yoluxanlar neçə günə sağalır? Meymunçiçəyi üçün karantin müddəti neçə gündür? Meymunçiçəyinin səbəbləri, yayılma şəkləri və müalicəsi haqqında məlumat.

209129

Koronavirus pandemiyasını yenicə yola salan dünya meymunçiçəyi ilə üz-üzədir. Ən çox yoluxma halı Afrika ölkələrində qeydə alınsa da,  təhlükə digər ölkərdən də yan keçməyib. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi 109 ölkədə qeydə alınıb. Virusa 77 264 yoluxma halı və 36 ölüm qeydə alınıb. ÜST epidemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib.

Tarixdən və elə yaxın keçmişdən bəllidir ki, insanlar arasında sürətlə yayılan xəstəlik və viruslar zamanı dövlətlərin ilk qabaqlayıcı tədbiri karantindir. Karantin xəstəliyin sağalma müddətindən asılı olaraq qısa və uzunmüddətli olur.

Bəs meymunçiçəyinə yoluxanlar neçə günə sağalır? Meymunçiçəyi üçün karantin müddəti neçə gündür?
 

MÖVZU İLƏ BAĞLI:

Meymunçiçəyinin qarşısı bu halda alına bilər – ÜST rəhbəri


Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Ləman Qalimova deyib ki, xəstəliyin davametmə müddəti 3 həftədir:

“Meymunçiçəyi virusu 14-21 gün ərzində davam edir. Yəni bu müddətdə sağalmağa doğru gedir. Dəridə yeni səpkilər çıxmırsa, yaranmırsa keçiricilik qabiliyyəti azalır. Karantin müddəti də buna görə müəyyən edilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin