4 nəfərin zəhərləndiyi "Niastol"un ölkəyə idxalı qadağan EDİLİBMİŞ... – RƏSMİ

Hazırda oxunan: 4 nəfərin zəhərləndiyi "Niastol"un ölkəyə idxalı qadağan EDİLİBMİŞ... – RƏSMİ

Göygöl rayonunda 4 nəfərin zəhərləndiyi dərmanın ölkəyə idxalı qadağan EDİLİBMİŞ haqqında ətraflı məlumat. 10 yaşlı uşaq vəfat edib, dərmanın qeyri-rəsmi olduğu və idxalına icazə verilmediyi bildirilir.

209119

Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı preparatdan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib. Onlardan biri - 10 yaşlı uşaq vəfat edib.  

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Göygöldə 5 nəfər dərmandan ZƏHƏRLƏNDİ - Nənə və uşaq dünyasını dəyişdi - YENİLƏNİB


“Niastol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.  

Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin