Şahin Seyidzadə: “Seçicilərin ehtiyaclarını doğru qiymətləndirmək bizim üçün prioritetdir” – FOTO

Hazırda oxunan: Şahin Seyidzadə: “Seçicilərin ehtiyaclarını doğru qiymətləndirmək bizim üçün prioritetdir” – FOTO

209101

Seçicilər üçün əlçatanlığı təmin etmək, effektiv ünsiyyət qurmaq və onların ehtiyaclarını doğru qiymətləndirmək bizim üçün prioritetdir.  

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə öz sosial şəbəkə hesabında bildirib. 

O, təşviqat kampaniyası müddətində sakinlərin fikrini öyrənmək üçün istifadə etdiyi seçki texnalogiyası barədə məlumat verib. 


“Bu məqsədlə, seçki texnologiyası kimi anketlərdən istifadə edirik. Görüşlərdə seçicilərə əlaqə məlumatları ilə yanaşı, təqdim olunan anketlər seçicilərin əlaqə məlumatlarını toplamaq və onlarla birbaşa ünsiyyət qurmaq imkanı verir. Beləliklə, əlçatanlığı qoruyur və seçiciləri fəaliyyətimizdən daim məlumatlı saxlayırıq”, - o, bildirib. 

Ş.Seyidzadə istifadə olunan anketlərin önəmini də vurğulayıb: 


“Ehtiyacların düzgün qiymətləndirilməsi önəmli olduğundan, anketlər, hər rayon, kənd və qəsəbənin xüsusi ehtiyaclarını müəyyənləşdirməkdə və təhlil etməkdə bizə kömək edir”. 

Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.    
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin