Cəlilabad rayonun Həziabad kəndində Məmmədovlara məxsus ümumi sahəsi 196 m² (hər mərtəbəsi 98 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, evin bütün əşyaları, o cümlədən bütün şəxsi sənədlər, həmçinin 10 mindən çox pul vəsaiti yanaraq məhv olub.
Hadisə zamanı evdə yalnız yaşlı Məmmədovlar olub. Təqüddə olan ər-arvad gecə saat 1.00 radələrində başlayan yanğın zamanı sadəcə olaraq evdən çıxmağı bacararaq özlərini qoruya biliblər.
Məmmədovların dediyinə görə, yanğın ilk olaraq evdəki soyuducunun partlaması ilə başlayıb.
Yaşlı ev sakinlərinin sözlərinə görə, onların yuxudan tez ayılmaları xilas olmalarına şərait yaradıb. Yanğının digər tikililərə keçməsnin qarşısı hadisə yerinə gələn müvafiq yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:47 / 30.08.2024
Cəlilabadda evdə güclü YANĞIN: 10 mindən çox pul yanaraq KÜL OLDU – FOTO
Hazırda oxunan: Cəlilabadda evdə güclü YANĞIN: 10 mindən çox pul yanaraq KÜL OLDU – FOTO
Hazırda oxunan: Cəlilabadda evdə güclü YANĞIN: 10 mindən çox pul yanaraq KÜL OLDU – FOTO
209092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.