“Kontakt” mağazalar şəbəkəsi yeni tədris ili ərəfəsində ucqar kəndlərdə yaşayan məktəbliləri sevindirməyə hazırlaşır. Şəbəkənin “Hekayənin bir parçası ol” adlanan bu layihəsi olduqca təsirli təqdimat videosu ilə diqqət çəkib.
Layihədə “Kontakt” eksklüziv tərəfdaşı olan “Hisense” brendi ilə birgə addımlayır. Belə ki, oktyabrın 1-dək “Kontakt” mağazalarında eləcə də, “kontakt.az” saytında “Hisense” məhsullarının satışından əldə olunan gəlirin bir hissəsi ucqar kəndlərdə yaşayan məktəblilərin təhsilini dəstəkləmək məqsədilə onlara notbukların alınmasına sərf ediləcək.
Qeyd edək ki, layihə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir.
Bu layihədə “Hisense”la yanaşı, “Philips” brendi də məhsullarının satışından əldə olunan gəlir ilə məktəblilərin notbuk sahibi olmasına dəstək göstərəcək.
Bu xeyirxah layihəyə qoşulmaq istəyən hər kəs “Kontakt”dan alış-veriş edərək ucqar dağ kəndlərindəki uşaqların uğur hekayəsində pay sahibi ola bilər. Layihənin böyük maraq görən təqdimat videosunda deyildiyi kimi “Hekayənin bir parçası ol”…
Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Təqdimat videosunu buradan izləyə bilərsiniz:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 30.08.2024
“Kontakt”ın yeni sosial çarxı bütün ölkəyə səs salıb: MƏKTƏBLİLƏRƏ NOTBUK HƏDİYYƏ EDİLİR - VİDEO
Hazırda oxunan: “Kontakt”ın yeni sosial çarxı bütün ölkəyə səs salıb: MƏKTƏBLİLƏRƏ NOTBUK HƏDİYYƏ EDİLİR - VİDEO
Hazırda oxunan: “Kontakt”ın yeni sosial çarxı bütün ölkəyə səs salıb: MƏKTƏBLİLƏRƏ NOTBUK HƏDİYYƏ EDİLİR - VİDEO
Kontaktın yeni sosial layihəsi ucqar kəndlərdə yaşayan məktəblilərə notbuk hədiyyə edir. Layihədə Hisense və Philips brendləri də məhsullarının satışından əldə olunan gəlir ilə məktəblilərin təhsilini dəstəkləyir. Qızıl Aypara Cəmiyyəti də layihəni dəstəkləyir.
208951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.