30 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Qeyd edilib ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 2 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 29.08.2024
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır – BU TARİXDƏN
Hazırda oxunan: MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır – BU TARİXDƏN
Hazırda oxunan: MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır – BU TARİXDƏN
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır. Test imtahanında minimum bal alan namizədlər işə qəbul ediləcək.
208949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.