Bakıda YANĞIN VAR – VİDEO

Hazırda oxunan: Bakıda YANĞIN VAR – VİDEO

Bakı şəhərində FHN-in cəlb etdiyi qüvvələrlə bir obyektdə baş verən yanğında yaşananlar. Yanğın zamanı boş boya qutuları, taxta və plastmas tullantıları yanıb, lakin xəsarət alan olmayıb.
208908

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2990kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində boş boya qutuları, taxta və plastmas tullantıları 40kv.m. sahədə yanıb, obyektin böyük hissəsi yanğından mühafizə olunub. 

Xəsarət alan yoxdur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin