İT mütəxəssislərinin ölkəmizə marağını artırmaq üçün hansı addımlar ATILMALIDIR?

Hazırda oxunan: İT mütəxəssislərinin ölkəmizə marağını artırmaq üçün hansı addımlar ATILMALIDIR?

İT mütəxəssislərinin Azərbaycanda fəaliyyətini stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır? İT mütəxəssis Vahid Qasımov bu mövzuda Bizim.Media-ya məlumat verib.

208840

Azərbaycanda günbəgün İT sektoru ilə bağlı sahələrə maraq çoxalır. Bu zəmanənin tələbidir. Gənclər də İT sahəyə olan tələbatı görüb ona yönəlirlər. Amma yerli İT mütəxəssislərin Azərbaycandan getməsi hər zaman gündəmdə olub. Yerli İT mütəxəssislərin xaricdəki uğurlarını tez-tez eşidirik

Azərbaycanlı İT mütəxəssislərin Azərbaycanda işləməyə maraqlı olmamalarının səbəbi aydındır

Bəs İT mütəxəssislərinin Azərbaycanda fəaliyyətini stimullaşdırmaq üçün hansı addımlar atılmaldır?
 

MÖVZU İLƏ BAĞLI:

Keçid ballarının ən çox artdığı ixtisaslar – SİYAHI


İT mütəxəssis Vahid Qasımov Bizim.Media-ya danışıb ki, İT-ə olan maraq bu sahəni tədris edən kursların sayını çoxalmasına səbəb olub:

“Həmin kurslardan məzun olan tələbələr çox yuxarı səviyyədə olmasa belə, ən azından başlanğıc səviyyədə ixtisaslara yiyələndiklərinə görə daha sonra bazarda bu ixtisasla əlaqədar iş axtarmağa çalışırlar. Onun üçün hazırda İT sektorunda iş axtaran insanların sayı həddindən artıq artıb. Həqiqət bundan ibarətdir ki, aşağı səviyyəli mütəxəssislərə ehtiyac çox yüksək deyil.

Şirkətlər yuxarı səviyyəli mütəxəssisləri işə götürməyə çalışırlar. Çünki onlar birbaşa şirkətə xeyir gətirə bilərlər. Aşağı səviyyəlilər işə götürüldüyü zaman isə onlara treyninq keçirilməlidir, təcrübə proqramı təşkil etmək lazımdır. Bu da heç bir şirkətə sərf etmir.

İT mütəxəssisləri niyə xaricə üz tuturlar?

Mütəxəssisin sözlərinə görə, kurslardan məzun olub iş axtaranlar çoxaldığı üçün yüksək səviyyəli mütəxəssislərin İT sektorundakı dəyəri artıb və beləliklə, onlar xaricə üz tutmağa başlayıblar:

“Bu problemi aradan qaldırmaq çətindir. Çünki əsas amil heç də maaş deyil. Burada əsas məsələ rahat sosial dəstəkli həyatdır.. İT mütəxəssislər Azərbaycandakı kimi 9-6 işləyə bilmirlər. İT mütəxəssislərin beyni davamlı işləyir deyə onlar bu cür stresslərdən uzaq olmağa çalışırlar. Həm də sosial həyat olaraq daha rahat mühitləri seçməyə çalışırlar. 

Aydındır ki, Avropanın sakit şəhərləri daha münbit şərait yaradır. Azərbaycanda İT mütəxəsisslərə hazırda xüsusi güzəştlər yaradılmır. Vergi güzəştləri də yoxdur. İT mütəxəssislərinin Azərbaycandan getməsi problem kimi görünmür deyə ciddi addımlar atılmır.

Əksinə rahatlıq var ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində bir çox İT mütəxəssisləri Azərbaycana gəlir. Onlar sayəsində də bu boşluq bağlanmış olur. Ona görə də, yerli mütəxəssisləri saxlamağa meyilli deyillər. 

“Azad olunmuş ərazildə texno park yaradılsın”

“Düşünürəm ki, azad olunmuş ərazilərdə sərbəst iqtisadi zona yaradılsa, istər yerli, istər xarici investorlar gəlib həmin ərazilərdə məskunlaşarlar. Onlar üçün orada uyğun şərait və infrastruktur yaradılsın, vergi güzəştləri tətbiq olunsun ki, onlar rahat şəkildə investisiyalarını Azərbaycan ərazisində edə bilsinlər”, - deyə Valid Qasımov deyib. 

Azərbaycanda İT sahəsində hansı güzəştlər tətbiq olunur?

Xatırladaq ki, Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən ölkəmizdə İT şirkətləri üçün bir sıra güzəştlər nəzərdə tutulub.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və  torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib.

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin