“Şlyapa Zahid” Ali Məhkəməyə müraciət etdi

Hazırda oxunan: “Şlyapa Zahid” Ali Məhkəməyə müraciət etdi

Şlyapa Zahid adı ilə məşhur olan Zahid Niftəliyev, həbs edilməsi və həyatında baş verən cinayətlərlə bağlı məhkəməyə müraciət etdi. Azadlığa buraxılmış və yenidən həbs edilmiş olan Niftəliyev barəsində gələcək aylarda məhkəmə prosesi davam edəcək.
208823

Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev əvvəlki hökmündən narazıdır.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, “Şlyapa Zahid” kimi tanınan Niftəliyev barəsindəki 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə bağlı qərardan kassasiya şikayəti verib.

Məlumat üçün deyək ki, Z.Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.

Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni hökmü ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.

İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

Şikayətlərə yaxın aylarda baxılacaq.

Qeyd edək ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.

Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin