29 avqust 1993-cü ildə Azərbaycanda Prezidentə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirilib. MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Əbülfəz Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.
Bəs, avqustun 29-da dünyada daha hansı hadisələr baş verib?
1. 1526-cı ilin 29 avqust tarixindә Qanuni Sultan Süleyman Macarıstan ordusunu Moxaçda mәğlub etdi. Döyüşdә Macarıstan Kralı II Layoş öldü.
2. 1756-cı ilin 29 avqust tarixindә Prussiya Kralı II Fredrixin Saksoniyaya hücum etməsi yeddi il davam edәcәk müharibәnin başlamasına sәbәb oldu.
3. 29 avqust 1831-ci ildə ingilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib. Bununla da indi çox geniş tətbiq sahəsi olan elektrik mühərriki yaradılıb.
4. 1842-ci ilin 29 avqust tarixindә İngiltәrә ilә Çin arasında üç il davam edәn müharibә әldә olunan ‘‘Nankin’’ müqavilәsi nәticәsindә sona çatdı.
5. 1855-ci ilin 29 avqust tarixindә Osmanlı İmperiyası teleqraf cihazı vasitәsi ilә ilk görüş hәyata keçirib.
6. 1907-ci ilin 29 avqust tarixindә Kanadadakı Kvebek körpüsü inşa edilәn zaman aşıb. Hadisә nәticәsindә 75 fəhlә hәlak olub.
7. 1915-ci ilin 29 avqust tarixindә ‘‘Kasablanka’’ filmi ilә mәşhurlaşan İsveçli aktrisa İnqrid Berqman dünyaya gәlib. Qeyd edәk ki, aktrisa 67 yaşında Londonda vәfat edib.
8. 1966-cı ilin 29 avqust tarixindә misirli yazıcı vә Müsәlman Qardaşlar hәrәkatının lideri Sәyid Kutub edam edilib.
9. 1996-cı ilin 29 avqust tarixindә ‘‘Vnukovo’’ aviaşirkәtinә mәxsus sәrnişin tәyyarәsi qәzaya uğrayıb, nәticәdә 141 nәfәr hәlak olub.
10. 29 avqust 2005-ci ildə Azərbaycanda İctimai Televiziya yayıma başlayıb. Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.
11. 2005-ci ilin 29 avqust tarixindә ‘‘Katrina’’ qasırğası ABŞ-ın cәnub ştatlarında ciddi fәsadlara sәbәb olub. Tәbii fәlakәt nәticәsindә 836 nәfәr hәlak olub.
29 avqustda bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 29 avqust 1780-cı ildə Fransız rəssamı Jan Ogüst Dominik Enqr (1780-1867) anadan olub.
2. 29 avqust 1862-ci ildə Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.
3. 29 avqust 1903-ci ildə məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.
4. Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Pirimov 29 avqust 1965-ci ildə vəfat edib.
5. Dünya şöhrətli müğənni Maykl Cekson 29 avqust 1958-ci idlə doğulub.
6. Azərbaycan jurnalisti, Milli Qəhrəman Çingiz Mustafayev 29 avqust 1960-cı ildə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 29.08.2024
BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr
Bu məqalədə 29 avqust tarixində dünyada nələr baş vermiş, tarixi şəxsiyyətlər kimlərdir və bu tarixdə dünyada hansı hadisələr olmuş heç bir əsərlənmədən məlumatlar verilmişdir.
208815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.