Azərbaycanda daha bir vəkil həbs edildi

Hazırda oxunan: Azərbaycanda daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edildi. Vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci-ci maddəsi ilə ittiham edilən vəkil, Tovuz rayonunda həbs edilib.
208813

Vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, “Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib. Əməliyyat nəticəsində büro müdiri və bir vəkil saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin